Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Quba"nı qəbul edib. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən "Quba" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 4 xalı olan "Kür-Araz" isə 10-cu yerdədir.