"Sabah" "Zirə"ni məğlub etdi, "Neftçi" - "Araz-Naxçıvan" matçında sülh Yenilənib

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.

Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Bu, cari mövsümdə Premyer Liqada uduzmayan yeganə komanda - "Zirə"nin ilk məğlubiyyəti olub.

Günün və turun son matçında isə "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.  Oyun 2:2 hesabı ilə başa çatıb. Bu isə "Neftçi"nin hazırkı mövsümdə 6-cı heç-heçəsi kimi qeydə alınıb.

19 oktyabr (bazar) 

18:30. “Neftçi” – “Araz-Naxçıvan” - 2:2 

Qol: Vasala Sambu, 19 (1:0), Ba-Muaka Simakala, 36 (1:1), 47 (1:2), Emin Mahmudov, 55 (2:2)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
“Palms Sports Arena”

16:00.“Sabah” – “Zirə” - 3:0 

Qol: Aron Maluda, 42, Velko Simiç, 45+2, 76

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right