"Neftçi" Abubakarın transferini açıqladı

"Neftçi" məşhur futbolçu Vinsent Abubakarı transfer edib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Anlaşmanın detalları isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Abubakar karyerası ərzində "Porto" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə), "Loryan"da (Fransa) da oynayıb. Onun son klubu isə "Hatayspor" (Türkiyə) olub. 

Abubakar bu ilin iyun ayından klubsuz idi. O, "Neftçi"yə azad agent kimi keçib.

Abubakar 2010-cu ildən Kamerun millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right