Aqil Məmmədov: Futbolçular var gücü ilə oynadılar AÇIQLAMA

“Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

A.Məmmədov narazı qaldığı futbolçunun adını da açıqlayıb:

“Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right