“Neftçi” ilə ADQ arasında sponsorluq müqaviləsi imzalandı

“Neftçi" ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən müstəqil sərvət fondu və investisiya holdinq şirkəti olan ADQ arasında 3 illik sponsorluq müqaviləsi imzalanıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, “ağ-qaralar”ın rəsmi oyun formaları və satışa çıxarılacaq fan məhsullarının sol qolunda ADQ-nin loqosu yer alacaq.

Bu əməkdaşlıq “Neftçi”nin beynəlxalq miqyasda güclənmək, daha geniş auditoriyaya çatmaq və uzunmüddətli dəyərlər yaratmaq məqsədi ilə atdığı əhəmiyyətli addımlardan biridir.

Qeyd edək ki, 2018-ci ildə “Abu Dhabi Developmental Holding Company PJSC” adı altında yaradılmış, 2020-ci ildə ADQ adını almış qurum Əbu-Dabi hökumətinin strateji tərəfdaşı kimi çıxış edir. ADQ enerji, kommunal xidmətlər, qida və kənd təsərrüfatı, səhiyyə, mobillik və logistika kimi mühüm sektorlar üzrə investisiyalar həyata keçirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right