“Kəpəz” heyətinə yeni futbolçu qatıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər" Şahmar Aşurovu transfer ediblər. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Ş. Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.