"Turan Tovuz" braziliyalı hücumçu ilə müqavilə imzalayacaq

“Turan Tovuz” aparıcı futbolçularından daha birinin müqavilə müddətini artırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, Tovuz təmsilçisi Aleks Souzanı buraxmaq istəmir. 

24 yaşlı hücumçunun bu mövsüm komandası üçün həlledici oyunçuya çevrilməsi, rəhbərliyi onun haqqında daha tez qərarlar verməyə sövq edib. “Turan Tovuz”un 24 yaşlı forvardın müqavilə müddətinin daha 1 illik artıracağı gözlənilir.

Braziliyalının Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü ildən “Turan Tovuz”da oynayır. Buna qədər isə “Santos”U-20, “Hegelmann”, “Boluspor” klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right