Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
"Göygöl" evdə "Şəmkir" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək növbəti mərjələyə yüksəlib.. "Quba" isə "Xankəndi"ni qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə ilə 2-ci təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl "Şəki Siti", "Qaradağ Lökbatan", "Dinam"o və "Ağstafa Gəncləri" 2-ci təsnifat mərhələsinə yüksəlib.
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
10 oktyabr (cümə)
14:00. “Göygöl” – “Şəmkir” - 1:0
Qol: R.Əlizadə, 22
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Göygöl OİK stadionu
14:00. “Quba” – “Xankəndi” - 1:2
Qollar: Ə.Şəbiye, 12-avtoqol - S.Ağayev, 68, E.Quliye, 79-pen.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov
Quba OİK stadionu