17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Newsport.az xəbər verir ki, U-17 Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz seçmə mərhələdə daha iki oyun keçirəcək. U-17 ayın 11-də İsrail, 14-də isə Rumıniya ilə üz-üzə gələcək.