“Qarabağ” Futbol Klubu Azərbaycanın və Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb.
Newsport.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq, gənclərin inkişafı, intellektual sahələrin təşviqi və ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.
“Qarabağ MecHack-9030” komandası Qafqaz və Azərbaycanın FRC üzrə ilk və yeganə komandasıdır. Komanda son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.