FİFA təqvimi dəyişdi Azərbaycana da təsir edəcək

FIFA milli komandaların oyunları ilə bağlı təqvimdə dəyişiklik edib.

Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Qurum 2026-2030-cu illərdə milli komandaların sentyabr və oktyabra nəzərdə tutulan oyunlarını birləşdirəcək. Belə ki, həmin ərəfədə çempionatlarda 2 həftə deyil, 3 həftəlik fasilə olacaq və bu müddətdə yığmaların oyunları olacaq.

Nəticədə ölkə liqalarında, o cümlədən Azərbaycan liqasında 21 sentyabrdan etibarən təxminən üç həftə fasilə yaranacaq. 

Xatırladaq ki, hazırda sentyabr-oktyabrda ayrı-ayrı 2 beynəlxalq fasilə mövcuddur. Fasilələr biri sentyabrın ilk tam həftəsində, digəri isə oktyabrın ikinci tam həftəsində başlayır. Hər milli komanda bu fasilələrdə maksimum iki oyun keçirə bilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right