U-21 millimizin Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
 
U-21-in heyətini və oyunlarının təqvimini təqdim edirik:

Qapıçılar: Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Şamaxı"), İbrahim Ramazanov ("Turan Tovuz")

Müdafiəçilər: Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Kəpəz"), Nadir Orucov ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Əkbər Eyubov ("Zirə"), Sənan Muradlı ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı")

Yarımmüdafiəçilər: Fəxri Məmmədli ("Səbail"), Eşqin Əhmədov ("Qəbələ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Emil Süleymanov ("Şamaxı"), Oruc Məmmədov ("Şamaxı")

Hücumçular: Şahin Şahniyarov ("Qəbələ"), Şahin İbrahimov ("Sabah"), Xəyal Əliyev ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi"), Nahid Əliyev ("Şəfa"), Sadiq Şəfiyev ("Kəpəz")

10 oktyabr

20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)

Karvina şəhər stadionu

14 oktyabr

19:00. Azərbaycan (U-21) – Şotlandiya (U-21)

Bakı, “Dalğa Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right