"Qəbələ"də 5-ci debüt

Misli Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” - “Qəbələ" matçı qonaqların futbolçusu Qədir Ramazanov üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, "qırmızı-qaralar"ın akademiyasının 18 yaşlı yetirməsi Premyer Liqada debüt oyununa çıxıb.

Beləliklə, bu mövsüm "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right