16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan Aqil Nəbiyevin başçılıq etdiyi miııimiz Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb. Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə 2012-ci ildə anadan olan Xəzər Hüseynzadə vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
A qrupu
27 sentyabr
12:00. Tacikistan – Azərbaycan 0:1
Qol: Xəzər Hüseynzadə, 29