"Zirə" "İmişli" ilə heç-heçə etdi, "Qarabağ" "Qəbələ"yə qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 6-cı tur start götürüb.

Newsport.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç keçirilib.

"Zirə" Qubada "İmişli"nin qonağı olub. Görüşdə 1:1 hesabı qeydə alınıb. Bu matçdan sonra "Zirə" 12 xalla 1-ci, "İmişli" isə 8 xalla 5-cidir.

Digər matçda isə son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Digərlərindən 1 oyun az keçirən Ağdam təmsilçisi 10 xalla 2-ci pillədə qərarlaşır. Əyalət klubu isə 4 xalla 10-cu yerdədir.

26 sentyabr

19:00. "Qarabağ" – "Qəbələ" - 2:0 

Qollar: Abdullah Zubir, 16; Musa Qurbanlı, 90+3 

Qırmızı vərəqə: Prins Ovusu, 1 ("Qəbələ")

Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.

VAR: Cavid Cəlilov.

AVAR: Kamran Bayramov.

"Azersun Arena"

15:30. "İmişli" – "Zirə" - 1:1 

Qollar: Dieqo Rollo, 26- David Volkov, 80

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.

VAR: Elçin Məsiyev.

AVAR: Elşad Abdullayev.

Quba Olimpiya İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right