"Turan Tovuz"un yeni transferi oynaya bilməyəcək səbəbi bəlli oldu

“Turan-Tovuz”un müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbindən sıradan çıxıb.

Misli Premyer Liqasının V turunun “Sabah”la oyununda (0:2) zədələnmiş Silva 15-ci dəqiqədə məcburiyyətdən əvəzlənmişdi.

O, iki həftə oynamayacaq. Qeyd edək ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Braziliyalı karyerası ərzində "Vasko da Qama", "Lion" və "Valyadolid" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right