"Səbail" malili yarımmüdafiəçi transfer etdi RƏSMİ

2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail” növbəti əcnəbi futbolçunu heyətinə qatıb.

Newsport.az xəbər verir ki, Bayıl təmsilçisi Momo Sakonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı malili yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Momo Sakonun son klubu Portuqaliya təmsilçisi “Vilaverdense” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right