"Neftçi" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun gününə 2 matç nəzərdə tutulub.

Əvvəlcə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün və turun son matçında isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "ağ-qaralar" mövsümdə ilk qələbəni əldə ediblər.   

21 sentyabr

19:30. “Sumqayıt” – “Neftçi” - 0:2 

Qollar: Ağadadaş Salyanski, 79, Alessio Kurçi, 90+2

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Araz-Naxçıvan” – “Qarabağ” - 0:5 

Qollar: Toral Bayramov, 4, 28 - pen; 65 - pen; Musa Qurbanlı, 53; Kris Kuaku, 85

Qırmızı vərəqə: Slavik Alxasov, 27 ("Araz-Naxçıvan")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Kamran Əliyev

“Liv Bona Dea Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right