“Sabah”ın qızlardan ibarət komandası ilk dəfə Yüksək Qızlar Liqasında

“Sabah”ın qızlardan ibarət komandası bu mövsümdən etibarən ilk dəfə AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək.

Newsport.az xəbər verir ki, əvvəlki mövsümdə U-17 Qızlar Liqasında iştirak etmiş komanda bu dəfə gücünü əsas liqada sınayacaq.

Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət komandası 2023/24 mövsümündən U-17 Liqasında çıxış edirdi. Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çıxış etdiyi liqada son iki mövsümü çempion kimi başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right