Misli Premyer Liqasında 4--cü turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, doğma meydanda "Sumqayıt"ı qəbul edən "İmişli" 1:0 hesabı ilə qalib gəlsə də, bölgə klubuna böyük ehtimalla texniki məğlubiyyət veriləcək.
Səbəbi də bəllidir. Belə ki, "İmişli"nin 68-ci dəqiqədə Ezekiel Morqanın meydana buraxdığı İbrahim Əliyevin adı görüşün protokolunda yer almayıb.