"Turan Tovuz" "Qəbələ"yə, "İmişli" "Sumqayıt"a qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 4-cü tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matçdan 1-i keçirilib.

Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Buna baxmayaraq "İmişli”yə texniki məğlubiyyət veriləcək. Buna əyalət klubunun adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxması səbəb olub.

Digər matçda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gəlir. Bu qarşılaşma isə saat 19:00-da start götürüb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

13 sentyabr (şənbə)

19:00. “Turan Tovuz” – “Qəbələ” - 1:0 

Qol: Aleks Souza, 54
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
“Azersun Arena”

16:30. “İmişli” – “Sumqayıt” - 1:0 

Qol: Mehdi Cənnətov, 72 - avtoqol

Qırmızı vərəqə: Rafael Vieqaş, 90+5 ("İmişli")
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Quba OİK stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right