"Qarabağ" "Zirə" ilə bərabərə qaldı, "Araz-Naxçıvan"dan qələbə Yenilənib

Bu gün milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.

Newsport.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə iki matç keçirilib.

 

 

Turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

4 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan "Araz-Naxçıvan" isə hələ cədvələ liderlik edir. 

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkir. 2 oyundan sonra 3 xalı olan Ağdam klubu hazırda 7-ci pillədə qərarlaşıb. “Zirə” isə 7 xalla liderdir.

12 sentyabr (cümə)

20:00. “Qarabağ” - “Zirə” - 1:1

Qollar: Ruan Renato, 39 - pen. (0:1); Kadi Borqes, 81 
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”

17:45. "Kəpəz” - “Araz-Naxçıvan” - 0:2 

Qollar: Slavik Alxasov, 65, Bar Kohen, 86

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right