Daha bir bölgə klubu ev oyunlarını Şamaxıda keçirəcək

Azərbaycan 1-ci Liqasında çıxış edən “Şimal” rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.

Xatırladaq ki, hazırda Premyer Liqasında çıxış edən “Karvan-Yevlax” da ev oyunları üçün Şamaxı şəhər stadionunu sifariş edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right