“Zirə” yeni futbolçu ilə anlaşıb.
Bu barədə Newsport.az-a klubdan məlumat verilib.
Klub Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.
30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşonyş” klublarında çıxış edib.