“Xəzər Lənkəran” klubunun uğursuz çıxışı komanda üzvərinə baha başa gəlib.
Newsport.az xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxış müqabilində futbolçuların və məşqçi heyətinin aylıq əmək haqlarının tam yarısın – 50 faizini kəsib.
Bu xəbəri saytımıza açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqlədi.
Avqust ayının maaşlarının yarısı kəsilən “Xəzər Lənkəran”ın bundan sonra necə oynayacağı maraq doğurur.