“Santuş istefa verməsə, özümüz tədbir görəcəyik" - AFFA-nın baş katibi

“Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik”.

Newsport.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib”.

İslandiya – Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right