Azərbaycan millisinin sabiq futbolçusu “Şəmkir”in məşqçisi oldu

Azərbaycan 2-ci liqasında çıxış edən "Şəmkir"də yeni məşqçi təynatı olub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rüfət Quliyev 2025/26 mövsümündə komandada köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Futbolçu kimi Azərbaycan millisinin formasını geyinən, “Qarabağ”, “Turan”, “Şəfa” və Quliyev, İranın “Esteghlal” klubunun heyətində Asiya Çempionlar Liqası və Kuboklar Kuboku yarışlarında iki dəfə bürünc medal qazanıb. O, məşqçi kimi isə “Ağsu”, “Araz Saatlı” və “Bylis” (Albaniya) komandalarında çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right