“Kəpəz” Erkin İbrahimovla yollarını ayırdı RƏSMİ

Erkin İbrahimov “Kəpəz”in İdarə Heyətinin üzvülüyündən çıxarılıb. 

Newsport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisinin baş tutan iclasında bir sıra qərarlar qəbul olunub.

İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.

İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İdarə Heyətinin üzvlüyündən çıxarılıb.

“Sarı-göylər” digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcəyini diqqətə çatdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right