“Çətin qrupa düşmüşük, amma çalışacağıq ki, yaxşı nəticə ilə çıxaq” - Elşad Quliyev

“Çətin qrupa düşmüşük. Amma çalışacağıq ki, yaxşı nəticə ilə çıxaq”.

Newsport.az xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin minifutbol komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Çempionlar Liqasında “Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq təmsilçimiz hazırlıqlarını davam etdirir.
O, komandasının hazırlıq durumundan və məqsədlərindən bəhs edib:

“Komandamın hazırlıq durumundan razıyam. Bəzi nüanslar var, onların üzərində də çalışırıq. Yolumuza yerli oyunçularla davam edəcəyik. Heyətə bəzi cavan oyunçular da əlavə etmişik.
Çempionluq şansına gəldikdə, şansımız var. Amma bunun üçün çalışmaq lazımdır. Ümidvaram ki, hər şey uğurlu alınacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right