İslandiya - Azərbaycan matçının hakimləri açıqlandı

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya ilə keçirəcəyi matçın təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək. 

Görüşün baş hakimi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək. 

Qeyd edək ki, İslandiya - Azərbaycan qarşılaşması 5 sentyabr tarixində keçiriləcək və saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right