"Neftçi"nin futbolçusuna 3 oyunluq cəza verildi təcavüzkar davranışa görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Neftçi” klubu 3000 manat cərimə edilsin (maddə 45.1); 

29.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 86.3);

31.08.2025-ci il tarixində Misli Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilsin (maddə 77.4); 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right