"Qarabağ"ın yeni transferi Dani Bolt Newsport.azsaytına açıqlama verib:
"Şadam ki, son görüşdə qələbə qazandıq. Bilirik ki, çempionatda asan oyun yoxdur. "Karvan-Yevlax"a qarşı oyunun çətin olacağını bilirdik. Elə də oldu. Çalışırıq ki, oyundan-oyuna oyun keyfiyyətimizi artıraq. Bu matç da həmin matçlardan idi.
Adaptasiyam çox tez keçdi. Çünki çoxlu dostlarım var və bura gəlməmişdən öncə onlarla məsləhətləşmişdim. Baş məşqçinin fikirləri də açıqdır. Necə oynamaq lazım olduğunu bizə dəqiqliklə çatdırır. Ona görə də o qədər də çətinlik çəkmirik. Ümumi təəssüratlarım çox müsbət və çox yaxşıdır.
Çempionlar Liqasındakı rəqiblərimiz? Futbolçu kimi həmişə bunu gözləyirsən ki, belə səviyyədə yarışlarda oynayaasan. Artıq buna nail olmuşuq istəyimizə. Çempionlar Liqasının oyunlarından zövq almağa çalışacağıq".
Hacı Mərdan