“Zirə” milli üzvünü transfer edir

Transfer çalışmalarını davam etdirən “Zirə” daha bir əcnəbi futbolçu ilə güclənmək niyyətindədir.

Newsport.az Futbolinfo.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Ekvatorial Qvineya millisinin müdafiəçisi Basilio Ndonqla maraqlanır.

26 yaşlı sol cinah oyunçusu Premyer Liqa təmsilçisi ilə danışıqların son mərhələsindədir. Keçidin yaxın müddətdə rəsmiləşməsi istisna deyil.

Avqustun əvvəllərində Rumıniya klubu “Universitatya Krayova”dan ayrılan Ndonq hazırda azad agentdir. Futbolçu maliyyə məsələsində razı salınsa, “Zirə”yə azad agent kimi keçəcək.

Qeyd edək ki, Basilio Ndonq Şimali Makedoniyada “Şkupi”, Belçikada “Vesterlo”, Norveçdə isə “Start”ın formasını geyinib. Sol cinah oyunçusu 2016-cı ildən bəri Ekvatorial Qvineya millisinin heyətində 58 matça çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right