"Yerli futbolçular da legionerlərdən heç də geri qalmırlar. " Musa Qurbanlı

Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı "Karvan-Yevlax"a 2:0 qalib gəldikləri oyundan sonra Newsport.az saytına müsahibə verib.
 
- “Karvan-Yevlax”la matçda qələbə qazanmağı bacardınız. Görüş sizin üçün necə alındı?
- Ağır oyun alındı. Burada oynamaq asan deyil. Hava çox isti idi, meydança da quru idi. Süni meydançada oynayırdıq. Bir az çətin idi. Əsas odu ki, qalib gəldik. Məqsədimiz də qələbə qazanmaq idi. Bir az xarakter göstərməli olduq. Nə qədər çətinlik olsa da. Ola bilər ki, istədiyimiz kimi oyun alınmasa da, əsas qalib gəldik.
 
- Çətin olsa da, hər halda hər iki hissədə bir qol vuraraq sonda qalib gəldiniz...
- Təbii ki, məqsədimiz qalibiyyət idi. Çünki biz liqada da ən yaxşı nəticələr üçün oynayırıq. Çalışırıq ki, qələbə qazanaq. Doğrudur, heç asan deyildi. Rəqib də mübarizə aparırdı. Amma sonda biz qalib gəldik. 
 
- Çempionlar Liqasında liqa mərhələsindəki rəqibləriniz barədə fikirlərin necədir?
- Orada danışılası bir şey yoxdur. Səviyyə göz önündədir. Onsuz da, orada rahat rəqib yoxdur, bütün rəqiblər çox çətindir. Dünyanın ən böyük klublarıdır. Maksimum çalışacağıq ki, haqqını verək, ən azından mübarizə göstərməyə, yaxşı oyun göstərməyə və mümkün qədər xallar qazanmağa çalışaq. Ən top səviyyədir. Bu səviyyədə oynamaq hər bir futbolçunun arzusudur. Çalışacağıq ki, haqqını verək.
 
- Bu mövsüm 2 tur oynamısınız. Premyer Liqada legioner limitinin ləğv olunması çempionatın səviyyəsinə necə təsir edib?
- Nə bilim vallah. Çempionatda heç vaxt asan oyun olmayıb. Liqamız həmişə çətindir. Ələlxüsus da, mövsümün əvvəlində çətin olur. Zaman göstərəcək. Hələ ki bu haqda danışmaq tezdir. Düşünürəm ki, yerli futbolçular da legionerlərdən heç də geri qalmırlar. 
 
- Azərbaycan millisini qarşıda İslandiya və Ukrayna ilə görüşlər gözləyir. Milliyə də dəvət almısan. Gözləntilər nədir?
- İslandiya və Ukrayna çətin rəqiblərdir. Heç də asan deyil. Bizim üçün çətin olacaq. Ən azından xallar üçün vuruşacağıq. Sona qədər oynayacağıq.
 
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right