“Kəpəz”in 250-ci məğlubiyyəti

“Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb. Bu, Misli Premyer Liqasının III turuna təsadüf edib.

Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.

Qərb təmsilçisi 685-ci oyununda “250”-yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.

Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib – 0:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right