Ukraynada milliyə görə narahatdırlar: “Səviyyə aşağı düşüb”

Ukrayna millisinin sabiq müdafiəçisi Aleksandr Kuçer DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib.

Newsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin fikrincə, komandaları Fransa, Azərbaycan və İslandiya ilə birgə yer aldığı qrupda ən azı 2-ci yeri tutmalıdır.

Ancaq Kuçer Ukrayna millisinin formadan uzaq olduğunu da etiraf edib: “Bizi çətin matçlar gözləyir. Qrupumuzda birinci yerə Fransa yığması bir nömrəli favoritdir. Bununla belə, bu rəqib üzərində qələbələrimiz olub. Onlara qarşı nizam-intizamla, istəklə və tam fədakarlıqla oynamağı bacarsaq, hər şey yoluna düşə bilər. Başa düşməliyik ki, çempionatımızın səviyyəsi xeyli aşağı düşüb. Bu, millinin səviyyəsinə də təsir edir. Xaricdə çıxış edən bir çox futbolçu isə stabil deyil. Millimiz DÇ-2026-nın seçmə mərhələsinin startı ərəfəsində ciddi problemlər yaşayır. Yenə də komandamızın qrupda ən azı ikinci yerə ümid etmək hüququ var”.

Qeyd edək ki, Ukrayna millisi sentyabrın 5-də Vrotslavda Fransa ilə, dörd gün sonra isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right