AFFA rəsmisi UEFA proqramını Fərqlənmə Diplomu ilə bitirdi

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA Akademiyası və Lozanna Universitetinin birgə təşkil etdiyi “UEFA Diploma in Football and Leadership Management” (DFLM) təhsil proqramını uğurla başa vurub.

Newsport.az xəbər verir ki, diplomun müdafiəsi zamanı mümkün olan maksimum balı toplayan E.Məmmədov qeyd olunmuş proqramı Fərqlənmə Diplomu (Diploma of Distinction) ilə bitirib. Proqram futbol idarəçiliyi sahəsində Avropa səviyyəsində nəzəri və praktiki biliklərin inkişaf etdirilməsinə yönəlib.

Təqdimetmə mərasimi İsveçrənin Sierre şəhərində baş tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right