"Məndə geri çəkilmək yoxdur" - Kaxaber Tsxadadze

Misli Premyer Liqasında 3-cü turun oyunları davam edir. Səfərdə "Araz-Naxçıvan"ın qonağı olan "Qəbələ" 1:2 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze bunları qeyd edib:

"Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right