Millimizin keçmiş çalışdırıcısı Şahin Diniyev Avroliqanın F qrupunun ilk turunda keçirilən "Qarabağ" - "Sent-Etyen" oyununa şərh verib.
Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis Ağdam klubunu tərifləyib.
Diniyev Qurban Qurbanovun komandasına təşəkkür edib: "Qarabağ" yaxşı oynadı, sonadək mübarizə apararaq hamımıza baxımlı oyun göstərdilər. Çatışmayan yalnız "Qarabağ"ın qolu idi. Bu oyunda komandamız qələbəyə layiq idi. “Qarabağ” 3 xal uğrunda mübarizə apardı.
Ancaq qazanılan 1 xaldan sonra arxayınlaşmaq olmaz. Onu nəzərə almalıyıq ki, fransızların bir neçə oyunçusu Bakıya gəlməmişdi. Səfərdəki oyun daha çətin olacaq. Artıq "İnter"lə matç haqda düşünmək mümkündü. Bu mənada qrup mərhələsinin qalan 5 görüşündə komandamıza dəstək olmalıyıq".