Santuş mətbuat önünə çıxacaq, heyəti açıqlayacaq

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Bu barədə Newsport.az-a AFFA-nın mətbat xidmətindən bildirilib.

Tədbir avqustun 29-da, saat 11:00-da qurumun inzibati binasında təşkil olunacaq.

Mətbuat konfransında millinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunları üçün heyəti açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right