"Zirə"nin futbolçusu əməliyyat olundu 3 həftə oynamayacaq

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

Newsport.az xəbər verir ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.

Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Qeyd edək ki, "Zirə" Rövlan Muradovu yay transfer pəncərəsi zamanı heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right