Həvəskar futbolçular arasında Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər. Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub. “Məhəllə Uşaqları” yarışda ikinci yeri tutub.

III yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” FK bürünc mükafata yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right