“Qarabağ”ın yeni transferinin qiyməti neçədir?

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçunun sabah Bakıya gələcəyi gözlənilir.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionunun yeni transfer üçün nə qədər ödədiyi dəqiq məlum olmasa da, futbolçunun qiyməti “transfermarkt” portalında göstərilib. Burada Duranın hazırkı qiymətinin 275 min avro olduğu qeyd olunub.

Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir müddət Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right