“Şamaxı” bu gün yoxlama matçı keçirib.
Newsport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 1-ci liqa təmsilçisi “Şəfa” ilə qarşılaşıb.
Şamaxı şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. “Şamaxı”nın qolunu Abdullahi Şuaybu vurub.
“Şamaxı” Misli Premyer Liqasının 3-cü turunda “Sumqayıt”ın qonağl olacaq. Avqustun 29-da keçiriləcək oyun saat 18:30-da başlayacaq.