Diniyev “Araz-Naxçıvan”da RƏSMİ

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan Newsport.az-a verilən məlumata görə, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Azərbaycan millisinin də formasını geyinən Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right