“Kəpəz”in futbolçusu Elmir Tağıyev legioner həyatı yaşayacaq.
Newsport.az-ın əldə etdiyi məlumata görə, o, Kosovo klubuna keçib.
Gənc futbolçu bu ölkənin “Dreniça” klubu ilə anlaşıb.
Tərəflər arasında müqavilə imzalanıb.
Elmir Tağıyev artıq bu klubun düşərgəsindədir.
Qeyd edək ki, Tağıyev ölkəmizdə "Kəpəz"ə qədər "Səbail" və "Turan Tovuz"un da formasını geyinib.