Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Newsport.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş Aqil Nəbiyevin rəhbərlik etdiyi millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Onur Əliyev vurub.
19 avqust
Monteneqro (U-17) - Azərbaycan (U-17) 0:1
Qol: Onur Əliyev, 64
Camp FSCG, Podqoritsa. Saat 22:00