"Monpelye"nin müdafiəçisi "Neftçi"də Rəsmi

"Neftçi” növbəti transferini həyata keçirib.

Newsport.az xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “ağ-qaralar”ın üzvüdür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right