Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.
Newsport.az-ın məlumatına görə, görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.
Ona Ovan Nadvornik vəı Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.
VAR-da Tomas Kocourek, AVAR-da Miroslav Zelinka əyləşəcək.
Qeyd edək ki, avqustun 7-də "Dalğa Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada keçiriləcək.