"Araz-Naxçıvan"la oyuna görə UEFA-ya şikayət edəcəklər yunanlar hakimdən narazı qalıb

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" UEFA-ya şikayət edəcək. Newsport.az xəbər verir ki, yunanlar baş hakim David Dikinsonun idarəçiliyəndən narazı qalıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Aris" ali futbol  qurumuna video görüntülər göndərəcək.

Saloniki təmsilçisi 3 epizoda etiraz edir. Onlar 6-cı dəqiqədə Uroş Raçiçə qarşı kobudluq edən Patrik Andradeyə qırmızı vərəqə göstərilməli olduğunu düşünür. Növbəti epizod 16-cı dəqəqəyə aiddir. "Aris" onların lehinə olan penaltinin verilmədiyini iddia edir. Yunanıstan klubu "Araz-Naxçıvan"ın qazandığı penaltinin də yanlış olduğunu bildirirlər.

Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. İki oyunun nəticəsinə görə 4:3 hesablı üstünlük əldə edən Elmar Baxşıyevin komandası 3-cü təsnifat mərhələsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right